• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Latsio"dan Qrinvuda görə 35 milyon avroluq təklif 

İDMAN

20 Iyun 2024 | 11:42

"Latsio"dan Qrinvuda görə 35 milyon avroluq təklif

İtaliyanın "Latsio" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"ə hücumçusu Meyson Qrinvuda görə 35 milyon avro təklif edib.

Bakıvaxtı.az "Daily Mail"ə istinadən xəbər verir ki, Roma klubu ilə 22 yaşlı ingiltərəli futbolçu arasında danışıqlar müsbət yöndə davam edir.

M.Qrinvud ötən mövsüm İspaniyanın “Xetafe” klubunda icarə əsasında çıxış edib. O, bu komandanın heyətində bütün yarışlarda meydana çıxdığı 36 oyunda 10 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, "Transfermarkt" portalı hücumçunun dəyərini 25 milyon avro qiymətləndirir. Onun "Mançester Yunayted"lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026