• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Albaniya millisinin hücumçusu AVRO-2024-dən uzaqlaşdırıla bilər

İDMAN

20 Iyun 2024 | 16:08

Albaniya millisinin hücumçusu AVRO-2024-dən uzaqlaşdırıla bilər

Rusiyanın "Rubin" klubunun və Albaniya millisinin hücumçusu Mirlind Daku AVRO-2024-dən uzaqlaşdırıla bilər.

Bakıvaxtı.az "Sport1MK"ya istinadən xəbər verir ki, buna səbəb futbolçunun Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun Xorvatiya - Albaniya matçından sonra təhqiramiz şüarlar səsləndirməsidir.

Oyun bitdikdən sonra M.Dakunun ucadan qışqıraraq serblər və makedoniyalılar haqqında ədəbsiz sözlər söylədiyi iddia olunur. Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək, hücumçunun cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, B qrupunda keçirilən Xorvatiya - Albaniya matçı 2:2 hesabı ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR