• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İDMAN

20 Iyun 2024 | 12:39

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

FIFA futbol üzrə milli komandaların reytinq siyahısını yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki ilə müqayisədə bir pillə irəliləyib.

Ötən reytinqdə 1177.83 xalla 112-ci olan yığma 111-ci sıraya yüksəlib. Buna milli komandanın Macarıstanda keçirdiyi yoldaşlıq oyununda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməsi səbəb olub.

Fernandu Santuşun başçılıq etdiyi yığmanın aktivində 1179.88 xal var.

Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyəcək. Siyahıya son dünya çempionu Argentina (1860.14) başçılıq edir. Fransa (1837,47) ikinci, Belçika (1797,98) üçüncüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR