• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Avtoxuliqanlıq edən sürücü həbs edildi

HADİSƏ

21 May 2024 | 16:48

Avtoxuliqanlıq edən sürücü həbs edildi

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakı şəhər DYP İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Minsk” markalı, 99 G 236 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

    Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Sadıxov Elçin Qədəmşah oğlu saxlanılıb.

    Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Sadıxovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024