• Bakı 32° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

AVRO-2024: Portuqaliya millisinin yekun heyəti açıqlandı

İDMAN

21 May 2024 | 17:02

AVRO-2024: Portuqaliya millisinin yekun heyəti açıqlandı

Futbol üzrə Portuqaliya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Roberto Martines siyahıya 26 oyunçunun adını daxil edib.

Onların əksəriyyəti ölkə xaricində legioner həyatı yaşayır.

Qapıçılar: Dioqu Koşta ("Portu"), Xose Sa ("Vulverhempton", İngiltərə), Ruy Patrisiu ("Roma", İtaliya).

Müdafiəçilər: Antoniu Silva ("Benfika"), Danilo Pereyra (PSJ, Fransa), Dioqu Dalot ("Mançester Yunayted", İngiltərə), Qonsalu İnasiu ("Sportinq"), Joau Kanselu ("Barselona", İspaniya), Nelson Semedu ("Vulverhempton", İngiltərə), Nunu Mendeş (PSJ, Fransa), Pepe ("Portu"), Ruben Diaş ("Mançester Siti", İngiltərə).

Yarımmüdafiəçilər: Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Joau Neveş ("Benfika"), Joau Palinya ("Fulhem", İngiltərə), Otavio Monteyru ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Ruben Neveş (Əl-Hilal", Səudiyyə Ərəbistanı) Vitinya (PSJ, Fransa)

Hücumçular: Bernardu Silva ("Mançester Siti", İngiltərə), Kriştianu Ronaldu ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Diequ Jota ("Liverpul", İngiltərə), Fransisko Konseysao ("Portu"), Qonsalu Ramuş (PSJ, Fransa), Joau Feliks ("Barselona", İspaniya), Pedro Neto ("Vulverhempton", İngiltərə), Rafael Leau ("Milan", İtaliya)

Qeyd edək ki, Portuqaliya yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün F qrupunda Çexiya, Türkiyə və Gürcüstan milliləri ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

19 Iyun 2024