• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları dəfn olundu

CƏMİYYƏT

21 May 2024 | 14:13

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid İmaməliyev Arif Ələkbər oğlunun qalıqları dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, şəhid Arif İmaməliyevlə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində vida mərasimi keçirilib.

    Şəhidin qalıqları Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Arif İmaməliyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024