• Bakı 10° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

“Finala çıxmamaq üçün mənə böyük pullar təklif edildi”

İDMAN

01 May 2024 | 16:10

“Finala çıxmamaq üçün mənə böyük pullar təklif edildi”

Gürcüstanlı boksçu Laşa Quruli verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, idmançı Avropa çempionatının finalında rusiyalı Tərxan İdiqovla döyüşə çıxmamaq üçün ona böyük pullar təklif edildiyini bildirib.

“Döyüşdən bir gün əvvəl bizə böyük pullar təklif edildi. Onlar mənim rinqə çıxmağımı istəmirdilər. Mənim etirazımı eşitdikdən sonra nəyin bahasına olursa-olsun qələbə qazanacaqlarını bildirdilər.

Görüşdə strategiyam məsafədən döyüşmək idi. İlk raundu rusiyalı açıq-aşkar uduzmuşdu. Hakimlərin xalı mənə verəcəklərindən başqa yolu yox idi. Bu səbəbdən də 4:1 onun öndə olduğunu görəndə şoka düşdüm”.

Xatırladaq ki, Qurulu hakimlərin ədalətsizliyinə görə döyüşü yarımçıq dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026