• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Morinyonu alacam - Əziz Yıldırım

İDMAN

31 May 2024 | 08:41 | Müəllif: Qalib İbrahimoğlu

Morinyonu alacam - Əziz Yıldırım

"Fənərbaxça"nın ən uzunmüddətli prezidenti olan Əziz Yıldırım yenidən prezident olacağı təqdirdə klubun banklara olan borclarının 2 il ərzində ödəniləcəyini bildirib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, 1998-2018-ci illərdə "Fənərbaxça"nı idarə edən Əziz Yıldırım hazırkı prezident Ali Koçla yarışacağı seçki öncəsi mətbuatla açıqlama verib.

“Fənərbaxçamız bir idmandır. Klub olmaqdan çıxdı” deyən Əziz Yıldırım bu seçkinin körpünün qarşısındakı son çıxışı olduğunu bildirib.

"Fənərbaxça"nın faizlə birlikdə banklara 4 milyard lirə borcu olduğunu xatırladan Yıldırım, inkişaf etdirəcəkləri layihələrlə bu borcu ödəyəcəklərini bildirib.

Əziz Yıldırım Ali Koçun vədləri arasında olan portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə də görüşdüyünü açıqlayıb. Mourinyonun "Fənərbaxça"ya çox baha başa gəlməyəcəyini ifadə edən Yıldırım, "Fənərbaxçaya gələn bir məşqçiyə dəyər. Sponsorla ödəyəcəyik. Bu problem deyil. Ali Koç Mourinyo ilə də görüşüb. “Mən ona (Mourinyoya) dedim ki, hansımız seçilsək də, “Fənərbaxça”nın sənə ehtiyacı var”.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026