“Depressiyada idim. Buna görə də çox içirdim”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Marsel”in futbolçusu Pyer Emenike Obameyanq “Colinterview -Oh My Goal” yutub kanalına müsahibəsində deyib.
O, “Arsenal”dan ayrılma səbəbini açıqlayıb: “Anam xəstə olduğu üçün məşqlərə gedə bilmirdim. Buna görə Mikel Arteta ilə münasibətlər korlandı. Ancaq o, yaxşı bilirdi ki, mən əyləncəyə getmədim. “Arsenal”dan ayrıldıqdan sonra bir müddət depressiyaya düşdüm. Bundan sonra problemlər bitdi, fasiləni gözləyərək bir ay tək başıma məşq etdim. Sonra isə özümə yeni klub tapdım”.
















