• Bakı 18° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Keyn ÇL tarixinin ən məhsuldar 40 futbolçusu sırasına düşüb

İDMAN

01 May 2024 | 10:51

Keyn ÇL tarixinin ən məhsuldar 40 futbolçusu sırasına düşüb

Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn Çempionlar Liqası tarixinin ən çox qol vuran 40 futbolçusu sırasına daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, İngilətərə millisinin üzvü Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"a qarşı ilk oyununda penaltidən fərqlənib.

Bu, onun turnirdə keçirdiyi 43-cü matçında 29-cu qol olub. Bununla da təcrübəli forvard Çempionlar Liqası tarixinin ən məhsuldar 40 futbolçusu sırasına düşüb.

Qeyd edək ki, H.Keyn Çempionlar Liqasında qol sayında Roy Makay (Niderland, 61 oyun) və Edin Cekoya (Bosniya və Herseqovina, 74 oyun) çatıb.


SON XƏBƏRLƏR