• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyə millimizi Ərzincanda qəbul edəcək

İDMAN

01 Aprel 2024 | 20:51 | Müəllif: Subhan Mahmudov

Türkiyə millimizi Ərzincanda qəbul edəcək

Qadın futbolçuların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B liqasının l qrupunda baş tutacaq Türkiyə - Azərbaycan matçının məkanı açıqlanıb.

Bakıvaxtı.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə “ay-ulduzlular”ın baş məşqçisi Nəcla Güngör Kraqa məlumat verib.

O bildirib ki, mayın 31-də keçiriləcək qarşılaşmada azarkeşlərdən tam dəstək alacaqlar:

“İstərdik ki, 20, 30, 40 minlik fanat önündə oynayaq. Bu səbəbdən də bəzi matçlarımız İstanbulda keçiriləcək. Amma gələn ay Azərbaycana qarşı matçı Ərzincanda oynayacağıq. Əminəm ki, qarşılaşma dolu tribunalar qarşısında baş tutacaq”.

Qeyd edək ki, millimiz qrupda Türkiyə ilə yanaşı, Macarıstan və İsveçrə yığmaları ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR