• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Kəpəz" iki antirekordunu təkrarlayıb

İDMAN

01 Aprel 2024 | 10:27 | Müəllif: Subhan Mahmudov

"Kəpəz" iki antirekordunu təkrarlayıb

“Kəpəz” iki antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.

Adil Şükürovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XXVIII turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub.

2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.

“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında 6 qol vurub.

Qeyd edək ki, “Kəpəz” son ev matçını Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026