• Bakı 17° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Hakimi vurmağa cəhd edən futbolçunun cəzası açıqlandı

İDMAN

30 Aprel 2024 | 14:00

Hakimi vurmağa cəhd edən futbolçunun cəzası açıqlandı

AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. “Ərkivan” klubu bu səbədən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.


SON XƏBƏRLƏR

20 May 2024