• Bakı 17° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Çempionlar Liqasında yarımfinalın ilk görüşlərinə yekun vurulacaq

İDMAN

01 May 2024 | 09:45

Çempionlar Liqasında yarımfinalın ilk görüşlərinə yekun vurulacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Bakıavxtı.az xəbər verir ki, bu gün Almaniyanın "Borussiya" (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.

Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu "Atletiko"dan (Madrid), fransızlar isə "Barselona"dan güclü olub.

"Siqnal İduna Park"da keçiriləcək "Borussiya" - PSJ matçı saat 23:00 başlayacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun

1 may

23:00“Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçında "Real" (Madrid) səfərdə "Bavariya" ilə heç-heçə edib - 2:2.


SON XƏBƏRLƏR

21 May 2024