• Bakı 26° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Araz-Naxçıvan”ın növbəti transferi

İDMAN

30 May 2024 | 14:02 | Müəllif: Qalib İbrahimoğlu

“Araz-Naxçıvan”ın növbəti transferi

“Araz-Naxçıvan” komandası növbəti transferini reallaşdırıb.

Bu barədə Bakıvaxtı.az-a klubdan bildirilib.

Verilən məlumata görə, Naxçıvan təmsilçisi Tərlan Əhmədli ilə müqavilə imzalayıb. 1 illik sözləşməyə imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər bu komandada çıxış edəcək.

Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən gün Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026