• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Daha bir boksçumuz finala yüksəldi

İDMAN

29 Iyun 2024 | 10:40

Daha bir boksçumuz finala yüksəldi

Azərbaycanın təmsilçisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Nihat Qasımov 48 kq-da Filip Stanoyeviçi (Serbiya) məğlub edib.

O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.


SON XƏBƏRLƏR