• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanlı cüdoçu ABŞ-də medal qazandı

İDMAN

29 Iyul 2024 | 09:00

Azərbaycanlı cüdoçu ABŞ-də medal qazandı

Azərbaycanlı peşəkar cüdoçu ABŞ-də növbəti dəfə qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı peşəkar cüdoçu Zaur Cəlil Floridanın Fort-Lauderdeyl şəhərində keçirilən Açıq Cüdo Çempionatında növbəti dəfə qızıl medal qazanıb.

Bildirilib ki, o, 81 kq-da bütün rəqiblərinə qalib gələrək çempionluq əldə edib.

Z.Cəlil qələbəsini Azərbaycan bayrağına bürünərək qeyd edib: “Fəxr edirəm ki, azərbaycanlıyam. Qələbəmi övladlarım Cənnət, Cansu və Özcana həsr edirəm”.

Qeyd edək ki, Z.Cəlili 1998-ci ildən ABŞ-də yaşayır. O, daha əvvəllər cüdo üzrə ABŞ çempionatında üç dəfə qızıl medal qazanıb. Z.Cəlil 3 qat Amerika çempionu 3-cü dan qara kəmər, bir çox yarışların qalibi olub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024