• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Qarabağ"ın oyununa 28 min bilet satılıb

İDMAN

27 Avqust 2024 | 21:47 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın oyununa 28 min bilet satılıb

"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28 000 bilet satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026