• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Balotelli karyerasını Bolqarıstanda davam etdirəcək

İDMAN

26 Sentyabr 2024 | 16:15

Balotelli karyerasını Bolqarıstanda davam etdirəcək

İtaliya millisnin sabiq futbolçusu Mario Balotelli karyerasını Bolqarıstanda davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TopsportBG" məlumat yayıb.

İtaliyanın "Milan" və İngiltərənin "Mançester Siti" klublarının sabiq hücumçusu ÇSKA (Sofiya) ilə müqavilə imzalamaq ərəfəsindədir.

Qeyd edək ki, M.Balotelli 2012-ci ildə Ukrayna və Polşada təşkil olunan Avropa çempionatında İtaliya millisinin heyətində gümüş medal qazanıb. Forvard “İnter”in tərkibində üç dəfə İtaliya, “Mançester Siti” komandasında isə İngiltərə çempionu olub. Bu yay Türkiyənin "Adana Dəmirspor" klubundan ayrılan 34 yaşlı ön xətt oyunçusu hazırda azad agentdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026