• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya edildi - bu tarixə qədər

İDMAN

26 Oktyabr 2024 | 13:18

"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya edildi - bu tarixə qədər

UEFA "Qarabağ"ın avrokubok oyununu idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəli Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarına pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Bartoş Frankovskiy 2022-ci ildə "Qarabağ" və Fransanın "Marsel" kaomandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026