• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub

İDMAN

29 Iyul 2024 | 09:49

Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub

Braziliyanın üzgüçülük millisinin üzvü Ana Karolina Vieyra komandadan qovulub.

Bakıvaxtı.az Braziliya Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının Parisdəki Olimpiya kəndini icazəsiz tərk etməsi səbəb olub.

Vieyra iyulun 26-da komanda yoldaşı Qabriel Santosla birlikdə düşərgəni icazəsiz tərk edib. Hər iki idmançıya xəbərdarlıq edilib. Lakin A.K.Vieyra komissiyanın qərarına aqressiv şəkildə etiraz etdiyi üçün millinin düşərgəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Braziliya millisi 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının təsnifat mərhələsində 12-ci yeri tutub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024