• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Belarus MN: Ukrayna sərhədə şəxsi heyət və hərbi texnika yığır

İDMAN

29 Iyun 2024 | 12:48

Belarus MN: Ukrayna sərhədə şəxsi heyət və hərbi texnika yığır

“Ukrayna Belarusla sərhədə şəxsi heyət və hərbi texnika cəlb etməyə başlayıb”.

Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hazırda sərhəd zonasında gərginliyin artması müşahidə olunur: “Ukrayna ordusu sərhədə radioelektron müşahidə vasitələri də cəlb edib. Bununla yanaşı, bəzi keçid məntəqələri boyunca yerləşən əraziyə minalanmış maneələr yerləşdirilib”.

Belarusun Xüsusi Əməliyyatlar üzrə Qüvvələrinin komandan müavini Vadim Lukaşeviç bu addımı ölkəsinin ərazisinə hücum planının başlanğıcı kimi dəyərləndirib:

“Biz dəqiqliklə bilirik ki, bu keçidlərin məqsədi Belarusun ərazisində diversiya və təxribat xarakterli addımların reallaşdırılmasından ibarətdir. Ukrayna ordusu sərhədlərimiz boyunca radioelektron müşahidə vasitəsilə nəzarət tədbirləri həyata keçirir. Bu məqsədlə həmçinin, pilotsuz uçuş aparatlarından da istifadə edilir”.


SON XƏBƏRLƏR

01 Iyul 2024