• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Hepatit B virusuna görə “Kəpəz”dən qovulan futbolçu Azərbaycana qayıtdı

İDMAN

29 Iyul 2024 | 11:22

Hepatit B virusuna görə “Kəpəz”dən qovulan futbolçu Azərbaycana qayıtdı

Hepatit B virusu aşkarlandığına görə cari ilin yanvar ayında “Kəpəz”dən göndərilən nigeriyalı hücumçu Abdullahi Şuaybu yenidən Azərbaycana qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Birinci liqada mübarizə aparacaq “Qəbələ” ilə danışıqlar üçün ölkəmizə gəlib. 

Hazırda bölgə klubunun düşərgəsində olan futbolçu üçün analizlər verilib. Forvardla bağlı qərar tibbi müayinələrdən keçdikdən sonra veriləcək.

Qeyd edək ki, Abdullahi Şuaybu “Kəpəz”dən göndərildikdən sonra heç bir klubda çıxış etməyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026