• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

UEFA "Sumqayıt"ı CƏRİMƏLƏDİ

İDMAN

28 Avqust 2024 | 10:53

UEFA "Sumqayıt"ı CƏRİMƏLƏDİ

UEFA "Sumqayıt" klubunu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.

Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR