• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Çimərlik futbolu üzrə millimiz ikinci yoldaşlıq oyununda məğlub olub

İDMAN

28 Avqust 2024 | 10:23

Çimərlik futbolu üzrə millimiz ikinci yoldaşlıq oyununda məğlub olub

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, yığma növbəti dəfə Belarusla üz-üzə gəlib.

Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.

Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.

Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan yığmasının hazırlığı ayın 31-dək davam edəcək.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024