• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanın güləş hakimi Olimpiya Oyunlarına təyinat aldı

İDMAN

30 May 2024 | 15:20

Azərbaycanın güləş hakimi Olimpiya Oyunlarına təyinat aldı

Azərbaycanın güləş hakimi Asif Şirəliyev ikinci dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alıb.

Bakıvaxtı.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Asif Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR