• Bakı 13° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İki kluba texniki məğlubiyyət verildi

İDMAN

30 Aprel 2024 | 14:09

İki kluba texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan "Lokomotiv" (Bakı) - "Balaxanı" matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.

"Dinamo" (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qzılar Liqasının oyunu çərçivəsində "Neftçi" ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.


SON XƏBƏRLƏR