Bir neçə gündür ki, xarici mediada Kərim Benzemanın “Fənərbaxça” klubuna transfer olunacağı ilə bağlı iddialar yer alır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun Prezidenti Ali Koç açıqlama verib.
O, Benzemanın “Sarı-göy”lərə transfer xəbərinin real olmadığını bildirib:
“Benzema ilə bağlı xəbər həqiqəti əks etdirmir, bu planlaşdırılmış bir oyundur”.
Qeyd edək ki, Kərim Benzema hazırda Səudiyyə Ərəbistanının “Əl-ittihad” klubunun formasını geyinir.
Ziyafət Əlisoy















