• Bakı 19° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Fətəliyeva qələbəsini ona həsr etdi

İDMAN

30 Aprel 2024 | 22:40

Fətəliyeva qələbəsini ona həsr etdi

Xəbər verdiyimiz kimi, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında şahmatçımız Ülviyyə Fətəliyeva qızıl medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Fətəliyeva yarışa uzun müddət hazırlaşdığını bildirib.

"Dünəndən çox sağ olsunlar, məni təbrik edirlər. Başda Mehriban xanım olmaqla, hər kəsə təşəkkür edirəm. Qələbənin atamın doğum gününə ən yaxşı hədiyyə olduğunu düşünürəm. Bakıya qayıdıram və qarşıdakı turnirə hazırlaşacam. Sentyabr ayında Macarıstanın Budapeşt şəhərində 45-ci Şahmat Olimpiadası gözləyir. O yarışa bütün gücümlə hazırlaşıram".

Qeyd edək ki, Gəncə Şahmat Məktəbinin yetirməsi olan Ülviyyə Fətəliyeva qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.


SON XƏBƏRLƏR