• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Real Madrid" "Atletik"i məğlub etdi

İDMAN

01 Aprel 2024 | 09:37 | Müəllif: Subhan Mahmudov

"Real Madrid" "Atletik"i məğlub etdi

Futbol üzrə İspaniya La Liqasında 30-cu turun növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Real Madrid" doğma meydanda "Atletik Bilbao" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci və 73-cü dəqiqələrdə Rodriqo vurub.

Günün digər oyunlarında "Real Sosyedad" "Alaves"ə 1:0, "Jirona" "Real Betis"ə 3:2 hesabı ilə qalib gəlib. "Selta Viqo" - "Rayo Valyekano" görüşündə isə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Real Madrid" 75 xalla turnir cədvəlinə başçılıq edir. "Barselona" 67 xalla ikinci, "Jirona" isə 65 xalla üçüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026