• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb

İDMAN

01 Aprel 2024 | 09:42 | Müəllif: Subhan Mahmudov

AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026