• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Rövnəq Abdullayevin sonuncu iş günü

İDMAN

01 Aprel 2024 | 12:31 | Müəllif: Subhan Mahmudov

Rövnəq Abdullayevin sonuncu iş günü

AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçu, Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb. R.Abdullayev V.Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Vaqif Sadıqovun 65 yaşı tamam olur. “Neftçi”nin də oyunçusu olmuş Sadıqov karyerasını başa vurduqdan sonra, 1993-cü ildən başlayaraq 2014-cü ilədək məşqçilik edib. O, “Neftçi” də daxil olmaqla bir neçə klubda, eləcə də Azərbaycanın əsas və U-21 milli komandalarında baş məşqçi işləyib.

Xatırladaq ki, bu gün Rövnəq Abdullayevin AFFA-da sonuncu iş günüdür. Sabah federasiyanın yeni prezidenti seçiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026