• Bakı C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Renat "Fənərbağça"ya qarşı oynadı, komandası uduzdu

İDMAN

03 Mart 2024 | 00:53

Renat Fənərbağçaya qarşı oynadı, komandası uduzdu

Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cəngiz Ündər vurub.

Milli komandamızın üzvü Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 79-cu dəqiqəsində meydana daxil olub.

Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR