• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Səbail” səfərdə “Qəbələ”yə qalib gəldi

İDMAN

03 Mart 2024 | 18:59

“Səbail” səfərdə “Qəbələ”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib.

Qəbələ stadionunda oynanılan görüş "dənizçilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda isə qolları 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea vurublar.

Bu nəticədən sonra xallarının sayını 37-yə çatdıran "Səbail" hələlik ikinci pillədə qərarlaşıb. Bölgə təmsilçisi isə 15 xalla sonuncudur.

Qeyd edək ki, günün ikinci oyununda "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Turun ilk üç matçında "Kəpəz" "Sumqayıt"a (3:1), "Sabah" "Araz-Naxçıvan"a (2:0) qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə heç-heçə ilə nəticələnib - 1:1.


SON XƏBƏRLƏR

26 Iyul 2024