• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Barselona" Levandovski ilə bağlı qərarını açıqladı

İDMAN

06 Dekabr 2023 | 20:00 | Müəllif: Subhan Mahmudov

"Barselona" Levandovski ilə bağlı qərarını açıqladı

Polşalı hücumçu Robert Levandovski "Barselona"dan ayrılmayacaq.

Bakıvaxtı.az bildirir ki, bu barədə jurnalist Şey Laqassi sosial şəbəkədə paylaşım edib.

O, 35 yaşlı futbolçunun növbəti mövsümü Kataloniya klubunda keçirəcəyini yazıb. Bildirib ki, "Barselona" rəhbərliyi də gələn yay forvard üçün gələcək təklifləri nəzərdən keçirmək niyyətində deyil.

Daha əvvəl ispanların Levandovskini yay transfer pəncərəsində satacağı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, polşalı forvard bu mövsümün 17 matçında 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026