• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ən yaxşı baş məşqçiləri AÇIQLANDI

İDMAN

07 Noyabr 2023 | 11:49

Dünyanın ən yaxşı baş məşqçiləri AÇIQLANDI

"FourFourTwo" nəşri klublarda çalışan dünyanın ən yaxşı 50 baş məşqçisinin siyahısını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıya İngiltərə çempionu "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiola başçılıq edir.

"Liverpul"dan Yurgen Klopp ikinci, İspaniya "Real"ından Karlo Ançelotti üçüncü olub.

"Arsenal"dan (İngiltərə) Mikel Arteta, "Bavariya"dan (Almaniya) Tomas Tuxel, "Nyukasl"dan (İngiltərə) Eddi Hau, "Barselona"dan (İspaniya) Xavi, "Brayton"dan (İngiltərə) Roberto De Dzerbi, "Aston Villa"dan (İngiltərə) Unay Emeri və "Atletiko"dan (İspaniya) Dieqo Simeone ilk "10-luğ"u tamamlayırlar.

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Bayer 04" klubunun "sükanı arxasında" olan Xabi Alonso 11-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026