• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ronaldodan zəlzələdən zərər çəkənlərə BÖYÜK JEST

İDMAN

10 Sentyabr 2023 | 18:34 | Müəllif: Subhan Mahmudov

Ronaldodan zəlzələdən zərər çəkənlərə BÖYÜK JEST

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli Mərakeşdə yerləşir. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026