• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Poloçularımız Almaniyada finala yüksəldilər

İDMAN

10 Sentyabr 2023 | 14:04 | Müəllif: Subhan Mahmudov

Poloçularımız Almaniyada finala yüksəldilər

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.

Dövlət Sərhəd Xidmətindən Bakıvaxtı.az-a bildiriblər ki, sentyabrın 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqi ilə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın edib.

Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçiriblər.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabı ilə qonaqlar qalib olublar.

Beləliklə, Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq final oyunu bu gün keçiriləcək.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız İspaniya yığmasına 6:5 hesabı ilə qalib gəlmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026