Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.
"Smena" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça"nın qolunu 73-cü dəqiqədə Edin Ceko vurub.
"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.
















