• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Qəbələ" Rusiya klubu ilə heç-heçə etdi

İDMAN

15 Iyul 2023 | 19:31

"Qəbələ" Rusiya klubu ilə heç-heçə etdi

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ikinci yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi "Orenburq"la üz-üzə gəlib

Qarşılaşma 1:1 hesabı ilə bitib. "Qəbələ"nin heyətində Ülvi İsgəndərov fərqlənib.

Qeyd edək ki, "qırmızı-qaralar" ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR