• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Sabah" alman klubuna uduzdu

İDMAN

15 Iyul 2023 | 16:02

"Sabah" alman klubuna uduzdu

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu növbəti yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin qələbəsi ilə bitib - 1:4. Azərbaycan təmsilçisinin qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.

Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026