• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Messi rekordunu yenilədi

İDMAN

16 Iyun 2023 | 10:22

Messi rekordunu yenilədi

Argentina millisinin futbolçusu Lionel Messi öz rekordunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı hücumçu Avstraliya ilə yoldaşlıq görüşündə fərqlənməklə buna nail olub.

O, yığmanın heyətində ardıcıl 7-ci görüşdə qol vuraraq, yeni rekord müəyyənləşdirib. Messinin seriyası ötən ilin dekabrında DÇ-2022-nin 1/8 final mərhələsində məhz Avstraliya ilə qarşılaşmada başlayıb. Ulduz futbolçu buna qədər millidə iki dəfə ardıcıl 6 oyunda qol vurmağa müvəffəq olmuşdu.

Messi, həmçinin, karyerasında 699-cu qələbəsini qeyd edib. O, bunu 1028-ci görüşündə bacarıb. Komanda iyunun 19-da İndoneziya ilə yoldaşlıq görüşündə də qalib gələrsə, bu, Leonun 700-cü qələbəsi olacaq.

Qeyd edək ki, Argentina yığması Avstraliya üzərində 2:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026