• Bakı 17° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Messi "Barselona"ya qayıda bilər

İDMAN

17 Aprel 2023 | 14:59

Messi "Barselona"ya qayıda bilər

“Barselona”nın prezidenti Joan Laporta azarkeşləri ilə söhbəti zamanı PSJ-nin futbolçusu Lionel Messinin tezliklə Kataloniya klubunun düşərgəsinə qayıdacağını bildirib.

Bakıvaxtı.az  “Cadena Ser Carrusel Deportivo”ya istinadən xəbər verir ki, Laporta İspaniya çempionatının 29-cu turunun “Xetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda onların suallarını cavablandırıb.

Fanatlardan biri “Barselona”nın prezidentindən Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Klub rəsmisi bunu təsdiq edib. 

Birləşmiş Ərəb Əmirliklərindən olan sponsor “Barselona”ya sərmayə qoymaq niyyətindədir ki, bu da kluba Messi ilə müqavilə bağlayacağı təqdirdə maliyyə feyr-pleyi və maaşla bağlı problemlərdən qaçmağa imkan verəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026