“Gələn il keçiriləcək yarışların təqvim planına baxıldıqdan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının büdcəsinə yenidən baxıla bilər. Bu barədə qərar 2023-cü ilin yanvar ayında veriləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 2022-ci ilin yekunlarına dair hesabat konfransında bu təşkilatın baş katibi Fərhad Əliyev bildirib.
O, Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarını xatırladaraq bildirib ki, gələn il keçiriləcək yarışların əhəmiyyəti daha da artır.
“Azərbaycan Milli Olimpiya Komitəsi ilə aparılan danışıqlar nəticəsində məşqçilər üçün seminarların keçirilməsi nəzərdə tutulub”, - deyə F.Əliyev bildirib.
Ramid İbrahimov
















