• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ten Haq Ronaldodan bunu istəyir

İDMAN

22 Oktyabr 2022 | 21:59 | Müəllif: Subhan Mahmudov

Ten Haq Ronaldodan bunu istəyir

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq futbolçusu Kriştiano Ronaldonun davranışına görə komandadan üzr istəməsini istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "United Zone" məlumat yayıb. 37 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”lə oyunda (2:0) meydana çıxmaqdan imtina edib. O, daha sonra matçın bitməsini gözləməyərək, stadionu tərk edib. Buna görə də portuqaliyalı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Həmçinin ona böyük məbləğdə cərimə kəsiləcək.

"Mançester Yunayted"in baş məşqçisi Ronaldonun təkcə ondan və heyətdən deyil, bütün komandadan üzr istəməsini istəyir. Bundan sonra Kriştiano gələn həftə bazada məşqlərə qayıda biləcək.(qol.az)

Bildirilib ki, Ronaldo gələn həftə “Mançester Yunayted”lə hazırlıqlara qayıtmaq istəyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR