• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Zirə” səfərdə “Sumqayıt”a qalib gəldi

İDMAN

22 Oktyabr 2022 | 20:43

“Zirə” səfərdə “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında “Sumqayıt”la “Zirə” qarşılaşıb.

Sumqayıtda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qartallar”ın heyətində 15-ci dəqiqədə Rəhim Sadıxov, 73-cü dəqiqədə isə Sertan Taşkın fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” 4-cü pilləyə yüksəlib.

“Sumqayıt” isə 4 xalla 9-cudur.

Qeyd edək ki, günün ilk görüşündə "Kəpəz" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Turun ilk matçında isə "Qarabağ" "Turan Tovuz"u 3 cavabsız qolla üstələyib.

Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026