Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, millimiz bu gün səfərdə ikinci oyununu keçirib. Komandamız Gürcüstanla üz-üzə gəlib. Tbilisidə “Yeni Voleybol Arena”da keçirilən matçdan millimiz 3:0 (25:14, 25:14, 25:7) hesabı ilə qalib gəlib. Yığma aktivindəki xalların sayını 6-ya çatdırıb.
Qeyd edək ki, komandamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Millimiz növbəti oyununu avqustun 28-də Bakıda Avstriyaya qarşı keçirəcək.
Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcək.
















