• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

 "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də - Avropa Liqası

İDMAN

22 Sentyabr 2022 | 15:40

 Qarabağın müdafiəçisi ilk 5-likdə - Avropa Liqası

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yarışın rəsmi feysbuk səhifəsi paylaşım edib.

25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada "köhlən atlar"ın qrupdakı rəqibi Fransa "Nant"ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-ci pillədədir.

Qeyd edək ki, I turda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzan "Qarabağ" II turda Bakıda "Nant"ı 3 cavabsız qolla məğlub edib.
 


SON XƏBƏRLƏR

25 Aprel 2024