• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhriyar Məmmədyarov ikinci yeri tutub

İDMAN

22 Oktyabr 2022 | 00:32 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov ikinci yeri tutub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:2. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026