• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şevçenkonun DÇ-2022 gözləntisi

İDMAN

19 Noyabr 2022 | 19:15 | Müəllif: Subhan Mahmudov

Şevçenkonun DÇ-2022 gözləntisi

Andrey Şevçenko sabah start götürəcək DÇ-2022-dən gözləntilərini açıqlayıb.

Bakıvaxtı.az apasport.az-a istinadən bildirir ki, Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Kriştiano Ronaldo və Lionel Messinin son çempionatında gözəl mübarizə gözləyir.

"Qızıl top" qazanan azsaylı futbolçulardan olan Şevçenko favoritini açıqlamaq istəməyib: "Gözləntim çoxdur. Bu, Ronaldo və Messinin son çempionatıdır. Onlar son 20 ilin ulduzlarıdır. Bəyəndiyim gənclərə gəlincə, "Barselona"dan Qavi və "Real"ın bir neçə oyunçusu var. Düşünürəm ki, gözəl futbol olacaq".

Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026